Express Bank
Katiblik şöbəsi, İnzibati işlər üzrə mütəxəssis
Son tarix 05 iyl 2026 - Müraciət e
Təsvir
- Bankdaxili bütün növ sifarişlərin (dəftərxana, ofis avadanlığı və ləvazimatlar) ESD-yə yerləşdirilməsi və işçilərə təhvil verilməsi;
- Ofisdə səliqəyə, təmizliyə və dəftərxana ləvazimatlarına nəzarət;
- Ofisin anbarına nəzarət və anbarla işin aparılması;
- Texniki işçi heyətinin (xadimə, çayçı) işinə nəzarət;
- İnzibati binada təşkilati məqamların həlli;
- “Onlayn kargüzarlıq” sistemi vasitəsilə daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
- Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin, bank kartlarının filiallararası, ofislərarası, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili);
- Şöbənin fəaliyyətindən irəli gələn sənədləşmə işlərinin aparılması.
Tələblər
- Ali humanitar (Filoloji, pedaqoji ixtisaslar arzuolunandır);
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri bilgisi arzuolunandır;
- Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















