Bu ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manata yaxın olub.
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb
Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.
İndiyədək ölkə ərazisində 113.935 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.













