“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Sabit” saxlayıb.
“Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq
FED.az xəbər verir ki, agentlik qərarını Azərbaycanın güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu və Dövlət Neft Fondunun (ARDNF) iri həcmli aktivləri ilə əsaslandırıb.
Agentliyin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in təxminən 21%-i səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
Fitch həmçinin Azərbaycanın investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb. (Apa)













