OBA marketlər şəbəkəsi
Proqram İnzibatçısı
Son tarix 05 iyl 2026 - Müraciət et
Təsvir
- Rəqəmsal biznes həllərinin yaradılması üzrə layihələrdə iştirak etmək və layihə üzrə tapşırıqları yerinə yetirmək
- Proqramların texniki tapşırığının, funksional interfeysinin və strukturunun yaradılmasında iştirak etmək, təkliflər vermək
- Proqram kodlaşdırması ilə əlaqədar tapşırıqları icra etmək
- Tətbiqi proqramlarda ortaya çıxan problemləri araşdırmaq, xətaları sənədləşdirmək və təsnif etmək
- Rəqəmsal həllərin inkişafı və məhsuldarlığının artırılması üçün təkliflər vermək
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
- İş yeri: 8 Noyabr prospekti 15, Azure Business Centre
Əlavə təminatlar:
- Korporativ nömrə
- Nahar
- Servis xidməti
Tələblər
- Təhsil: Ali ( IT üzrə)
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- ERP sistemləri üzrə texniki bilik və tətbiqetmə təcrübə (Tiger ERP (logo), AXATA WMS, Kassa proqramı Encore, Kalem üstünlükdür)
- Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması üzrə praktiki bilik
- Yüsək səviyyədə SQL üzrə praktiki bilik və mürəkkəb sorğularla işləmək təcrübəsi
- Komanda ilə işləmək, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















