Azərbaycan Hesablama Palatası tərəfindən Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələri müzakirə olunub.
Avtomobil Yolları Agentliyində nöqsanlar aşkarlanıb: Vəsait düzgün istifadə olunmayıb - RƏSMİ
FED.az xəbər verir ki, məsələyə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərliyi ilə keçirilən Kollegiya iclasında baxılıb.
İclasda auditor Hafiz İsmayılbəyli tərəfindən təqdim edilən "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxs və tabeli qurumları tərəfindən dövlət vəsaitlərinin istifadə və idarə edilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb.













