Sifariş geri qaytarıldıqda, kuryerlərin çatdırılma pulu kəsilir.
Çatdırılma şirkətlərinin satdığı pizzalara görə - ƏDV GÜZƏŞTİ VERİLİRMİ?
FED.az xəbər verir ki, müraciət edən kuryerlər deyirlər ki, son günlərdə tətbiq olunan yeni qayda səbəbindən günlük gəlirləri azalıb.
'''Wolt-Azərbaycan'' şirkətinin motosikletlə çatdırılma xidməti göstərən sürücüləri bildirirlər ki, son bir həftə ərzində tətbiq edilən qaydaya əsasən, sifariş geri qaytarıldıqda onların hesabından müəyyən məbləğ tutulur. Kuryerlərin sözlərinə görə, bu məbləğ əsasən 2-4 manat arasında dəyişir.
Kuryerlər bildirirlər ki, əvvəlki dövrlərdə analoji hallarda belə tutulmalar tətbiq olunmurdu. Onların iddiasına görə, geri qaytarılan sifarişlər səbəbindən tutulmalar aylıq gəlirdə ciddi hiss olunur.
Məsələ ilə bağlı adıçəkilən şirkətin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin mətbuat xidməti ilə əlaqə saxlamağımıza baxmayaraq, kuryerlərin səsləndirdiyi iddialara münasibət almaq mümkün olmadı.













