Azərbaycanda bank rəhbərlərinin ötən il üzrə maaş və bonuslarının məbləğləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ildə bankların hamısı (“Bank Avrasiya istisna) mənfəətlə işlədiyinə görə, rəhbərlik də yüksək məvaciblər alıb.
Məlumat üçün bildirək ki, bank rəhbərliyi dedikdə bankın idarəçi menecerləri - idarə heyətinin sədri və üzvləri, bəzi banklarda isə departament və idarə rəisləri də nəzərdə tutulur.
Bank rəhbərlərinin böyük bonuslar alması ənənəvi haldır – çoxsaylı və çeşidli risklətrin arasında bir neçə milyard manatlıq vəsaiti səliqə ilə idarə edib səhmdara vəsait qazandırmaq ciddi bilik və təcrübə tələb edir. Təbii ki, ölkə bankirlərinin bu xüsusiyyətləri və illik nəticələri sonda monetizasiya olunur.
Azərbaycan Mərkəzi Bankı da öz rəhbərlərinə yüksək əmək haqqı və bonuslar verir. Maliyyə bazarlarının requlyatoru olsa da, bank sektoruna aid bəzi qaydalarda AMB də istisna deyil. Nəticədə Mərkəzi Bank rəhbərlərinin maaş və bonuslarının həcmi 4 milyon manatı keçib.
2025-ci ildə ən böyük məbləğdə ödənişlər ölkənin bank sektorunun liderlərində qeydə alınıb. 3 bankda rəhbərliyin maaş və bonuslarının məbləği 20 milyon manatı keçib.
5 bankın rəhbərliyinin illik maaş və bonusları 5 milyon manatdan çox, 11 bankda 1 milyon manatdan çox, cəmi bir bankda bonuslar 1 milyon manatdan az olub.
Azərbaycandakı banklardan yalnız İran Milli Bankının Bakı filialı rəhbərliyə ayrıca ödəniş hesablamayıb.
Azərbaycanda bank rəhbərlərinin ötən il üzrə maaş və bonuslarının məbləğləri daha ətraflı:






![Azərbaycanda bank rəhbərləri nə qədər qazanıb? – [red]BANKLAR, SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/4113541.jpg)
![Azərbaycanda bank rəhbərləri nə qədər qazanıb? – [red]BANKLAR, SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/2530799.png)









