Azərbaycanda bəzi bank rəhbərlərinin maaş və bonuslarında artım, bəzilərində isə azalmalar olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-cü ildə rəhbərlərlərin maaş və bonusları 15 bankda artıb, 5 bankda azalıb.
Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin maaş və bonuslarının həcmi 2024-cü ilə nəzərən 1 milyon 408 min manat və ya 43% artaraq 4 milyon 659 min manata çatıb.
Banklar arasında ən çox “Azərbaycan Sənaye Bank”ının rəhbərlərinin bonusu artıb. 2025-ci ildə bankın sahibləri menecmentə görə 2 milyon 971 min manatdan keçiblər ki, bu da, 2024-cü ildəki 1 milyon 163 min manatdan 2,6 dəfə çoxdur.
Məbləğ ifadəsində ən çox artım - ölkənin aparıcı bankı olan “ABB Bank”da qeydə alınıb. Belə ki, rəhbərliyə ödənilən maaş və bonuslar 2024-cü ildə 27,2 milyon manat olduğu halda, 2025-ci ildə bu rəqəm 33,3 milyon manata yüksəlib.
5 bankda isə bonuslar azalıb. Onlardan biri ölkənin bank sektorunun liderlərindən olan “Kapital Bank”dır. Burada rəhbər heyətin illik maaş və bonus xərcləri 14,6 milyon manat, yaxud 30% azalıb.
«Unibank» səhmdarları da top menecmentin illik maaşına qıyıb - rəhbərliyin gəlirləri 3,7 milyon manatdan 2,6 milyon manata enib.
Məlumat üçün bildirək ki, bank rəhbərliyi dedikdə bankın idarəçi menecerləri - idarə heyətinin sədri və üzvləri, bəzi banklarda departament və idarə rəisləri də nəzərdə tutulur.
Qeyd edək ki, ölkədə fəaliyyət olan banklar arasında yalnız İran Milli Bankının Bakı filialı rəhbərliyə ayrıca ödəniş hesablamayıb.Rəhbərlərin gəlirləri azalan və artan banklar haqqında daha ətraflı:





![Azərbaycanda rəhbərlərinin bonusları artıb-azalan banklar - [red]SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/502134.jpg)
![Azərbaycanda rəhbərlərinin bonusları artıb-azalan banklar - [red]SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/429309.png)
![Azərbaycanda rəhbərlərinin bonusları artıb-azalan banklar - [red]SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/4133646.png)









