ABŞ İranla bağlı məsələnin yaxın vaxtlarda ya razılaşma yolu ilə, ya da daha sərt tədbirlərlə həll olunacağını gözləyir.
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
FED.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsin ştatında dəyirmi masa müzakirəsində çıxışı zamanı bildirib.
“Biz elə bir mərhələyə çatmışıq ki, İran məsələsini çox tez bir zamanda həll etməliyik və bu, qətiyyətli addım olacaq. Bu, istər razılaşma yolu ilə, istərsə də daha sərt metodlarla baş verə bilər”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton artıq bu məsələnin yekun mərhələsinə yaxınlaşıb.
“Bunun razılaşma yolu ilə, yoxsa daha mürəkkəb şəkildə başa çatacağını görəcəksiniz. Bununla belə, daha sadə yolun üstünlük təşkil etməsini istərdim”, – deyə Tramp vurğulayıb. (Azərtac)













