Avant Construction
Baş hüquqşunas
Son tarix 05 iyl 2026 - [email protected]
Vəzifə funksiyaları:
- Sənədlərin ekspertizası: Müqavilə, saziş, daxili qərar, əmr və digər hüquqi sənədlərin layihələrini hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
- Hüquqi rəylər: Şirkətin fəaliyyəti zamanı ortaya çıxan məsələlər üzrə əsaslandırılmış hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Məhkəmə və nümayəndəlik: Məhkəmələrdə, arbitrajlarda və digər dövlət/özəl qurumlarda şirkətin maraqlarını müdafiə və təmsil etmək;
- Məhkəmə strategiyası: İddia və etiraz ərizələrini, vəsatətləri hazırlamaq, məhkəmə işlərini idarə etmək və effektiv məhkəmə strategiyasını müyyənləşdirmək;
- Risklərin idarə olunması: Struktur bölmələrə qanunvericiliyin tətbiqi, hüquqi risklərin minimallaşdırılması üzrə məsləhətlər vermək;
- Daxili korporativ tənzimləmə: Şirkətin daxili normativ sənədlərini, siyasət və prosedurlarını hazırlamaq və cari qanunvericiliyə uyğun olaraq təkmilləşdirmək;
- Sorğuların icrası: Şirkətə daxil olan hüquqi xarakterli müraciət, şikayət və sorğuları araşdıraraq müvafiq cavabları hazırlamaq;
- Qanunvericiliyin monitorinqi: Hüquqi dəyişiklikləri mütəmadi izləmək və bu dəyişikliklərin şirkətin fəaliyyətinə təsirlərini qiymətləndirmək;
- Korporativ prosedurlar: Hüquqi şəxslərin dövlət qeydiyyatı (təsis, ləğv, dəyişikliklər) proseslərini icra etmək;
- Miqrasiya məsələləri: Əcnəbi işçilər üçün iş və müvəqqəti yaşayış icazələrinin alınması prosedurlarını idarə etmək;
- Əqli mülkiyyət: Yeni layihələr üzrə əmtəə nişanlarının və loqoların qeydiyyata alınması prosesini təşkil etmək.
Vəzifəyə olan tələblər:
- Təhsil: Hüquq ixtisası üzrə ali bakalavr təhsili (Magistr dərəcəsi olması üstünlükdür);
- İş Təcrübəsi: Müqavilə hüququ, korporativ hüquq, məhkəmə təmsilçiliyi və hüquqi risklərin idarə olunması sahəsində müvafiq iş təcrübəsi;
- Mülki, mülki-prosessual, əmək, inzibati, mənzil və daşınmaz əmlak qanunvericiliyi üzrə mükəmməl biliklər;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət (Rus və İngilis dillərini bilmək üstünlükdür);
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
- Əmək Haqqı: 2500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş hüquqşunas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















