Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4430,0 milyon manat olub. Bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 59,0 faizini və ya 2615,5 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 34,9 faizini və ya 1545,0 milyon manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 4,5 faizini və ya 198,4 milyon manatını büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar, 1,4 faizini və ya 63,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 7,9 milyon manatını Əmlak Məsələləri Dövlət Xidmətinin daxilolmaları təşkil edir. (Apa)