ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,76% artaraq 1 barelə görə 93,04 dollar təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,87% artaraq 87,28 dollar təşkil edib.