Bu ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 853,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici cari ilin oktyabr ayı ilə müqayisədə 58,2%, ötən ilin eyni ayı ilə müqayisədə isə 72,3% artıb. Hərraclarda satılan vəsaitin aylıq göstəricisi 20 aylıq maksimuma çatıb. Bundan əvvəl isə, ötən ilin mart ayında daha yüksək satış həcmləri qeydə alınıb – 1,928 mlrd. dollar.
Beləliklə, cari ilin yanvar-noyabr aylarında Neft Fondu valyuta hərraclarında 5,699 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.
Qeyd edək ki, COVID-19 pandemiyasının əvvəlindən (ötən ilin aprel ayı) banklara hərraclarda 10,231 mlrd. dollar satılıb.