2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 639 milyon 91.4 min təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.2% azdır. Ötən ilin ilk 5 ayında nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 889.2 milyon təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 17.8% artaraq 750 milyon 545.3 min, satışı isə 29.1% azalaraq 888 milyon 546.1 min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-may ayı ilə müqayisədə 96% artaraq 90 milyon 196.1 min, satışı isə 6.6% azalaraq 72 milyon 911.4 min təşkil edib. (Apa)