Banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda daimi yaşaya biləcəklər.
Əcnəbilərə Azərbaycanda yaşamaq üçün icazənin verilməsi və uzadılması şərtləri dəyişib - FƏRMAN
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.