28 Fevral 2022-ci il tarixinə Azərbaycanın bank sektorunun cəmi kredit portfeli 17 milyard 126,5 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə - 25% AZALIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun cəmi kredit portfeli 2021-ci ilin sonu ilə müqayisədə 467,4 milyon manat, 2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə 345,1 milyon manat artıb.
2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında biznes kreditləri 226,4 milyon manat artaraq 9 milyard 972.9 milyon manata, istehlak kreditləri 74,8 milyon manat artaraq 4 milyard 691.8 milyon manata, ipoteka kreditləri isə 43,9 milyon manat artaraq 2 milyard 461.8 milyon manata çatıb.
2021-ci ilin Dekabr ayının sonu ilə müqayisədə 2022-ci ilin Yanvar ayında bank sektorunun cəmi kredit portfeli 122,3 milyon manat, o cümlədən biznes kreditləri 6,5 milyon manat, istehlak kreditləri 98,6 milyon manat, ipoteka kreditləri isə 17,2 milyon manat artmışdı. (Marja)