Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olmuşdur.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini - SABİT SAXLADI
FED.az xəbər verir ki, bu, Mərkəzi bankın Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənmişdir. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir. (Marja)