Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 992,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 3,9 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.