“Bakı Fond Birjası” QSC-nin (BFB) komissiya və komitələrinin tərkibində dəyişikliklər olub.
FED.az xəbər verir ki, bu barədə məlumat Birjanın rəsmi internet səhifəsində yer alıb.
BFB-nin Səlahiyyətli Treyderlərin Attestasiyası Komissiyasına üzv Kəmalə Məmmədzadə seçilib.
Müvafiq dəyişiklik Birjanın Listinq Komitəsində də baş verib. Belə ki, Abdulla İsayev və Pərviz Ahənginin yerinə Əli Orucov və Rəxşəndə Əlili təyinat alıb. Audit Komitəsində isə Şaban Qasımovun yerinə Anar Dadaşov təyin edilib.