Ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 2 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd mənzil və ləğv prosesində olan QSC “Bank Standard” KB-nın balansında olan 1 ədəd mənzili hərrac yolu ilə icarəyə çıxardır.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, auksion 13 dekabr saat 09:00-da Fondun Bakı şəh., Babək pros.16 ünvanında yerləşən inzibati binasında keçiriləcək. Auksionda iştirak barədə ərizələrin qəbulunun başlanğıc tarixi 12 noyabr, bitmə tarixi 12 dekabrdır.
Maraqlanan şəxslər təfərrüatlı auksion elanı, auksion qaydaları və binalar barəsində daha ətraflı məlumatlarla aşağıdakı internet resurslarından tanış ola bilərlər:
- Xətai rayonu, Babək prospekti,12 A(blok B), qapı 1:
Babək Plazada qeyri-yaşayış sahəsidir. Yaxşı təmirli ofisin sahəsi 111.5 kv. metrdir. Depozitin məbləği isə 950 manatdır. İcarə müddəti 6 ay, iştirak haqqının məbləği 47 manat 50 qəpikdir. Hərrac addımı isə 50 manatdır.
- Xətai rayonu, Babək prospekti, 12 A(blok B), qapı 2:
Babək Plazada qeyri-yaşayış sahəsidir. Orta təmirli ofisin sahəsi 153.2 kv. metrdir. Depozitin məbləği isə 1000 manatdır. İcarə müddəti 6 ay, iştirak haqqının məbləği də, hərrac addımı da 50 manatdır.
- Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi 10:
Qeyri-yaşayış sahəsidir. Orta təmirlidir. Ümumi sahəsi 92.8 kv. metr, 42 kv. metr, qeyri-yaşayış sahəsi 3.6 kv. metrdir. Depozitin məbləği isə 900 manatdır. İcarə müddəti 6 aydır. İştirak haqqının məbləği 45 manat, hərrac addımı isə 50 manatdır.
- Xətai rayonu, Sarayevo küçəsi 13 a, m.38/55:
İcarə obyektinin adı mənzil və zirzəmidir. Orta təmirli yaşayış evidir. Ümumi sahəsi 150.8 kv. metr, yaşayış sahəsi 53.14 kv. metr, qeyri-yaşayış sahəsi isə 34.2 kv. metrdir. Depozitin məbləği 1800 manatdır. İcarə müddəti 6 aydır. İştirak haqqının məbləği 90 manat, hərrac addımı isə 50 manatdır.
Auksion qaydaları
Buna da baxın: Daha 151 dövlət əmlakı hərraca çıxarılacaq