Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 32 milyard 891,4 milyon manat, xərcləri isə 27 milyard 720,6 milyon manat təşkil edib.
İcmal büdcənin gəlirləri 36 milyard manata yaxınlaşıb
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,3 % çox və 1,4 % azdır.
Büdcə gəlirləri proqnozdan 1,7 % çox icra edilib.
Son nəticədə 10 ayda büdcədə 5 milyard 170,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 50,6 % çoxdur.












