Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 725,3 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, dövlət büdcəsinin xərcləri isə 22 309,5 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,7% çoxdur.
Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 415,8 3 mln. manat təşkil edib.