Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 719,8 milyon manat, xərcləri isə 22 569,6 milyon manat təşkil edib.
Eləcə də bax: 2023-cü ilin dövlət büdcəsinin ilkin göstəriciləri - AÇIQLANDI
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1% və 16% çoxdur.
Son nəticədə icmal büdcədə 7 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur. (Report)