2021-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 8,822 mlrd. ABŞ dolları ekvivalentində olub.
Eləcə də bax: Bu ölkə Azərbaycana borcunu vaxtından əvvəl qaytardı – 200 MİLYON DOLLAR
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Qeyd olunub ki, xarici dövlət borcunun valyutalar üzrə bölgüsünə gəldikdə, borcun 81,6%-i ABŞ dolları, 8,6%-i avrodadır. Eyni zamanda, borcun 4,4%-ni BVF-nin xüsusi borcalma hüquqları (XBH) təşkil edir, borcun 3,6%-i Yaponiya yeni, qalan 2%-i isə digər valyutalardadır.
Sözügedən valyutalara gəldikdə, ötən il xarici borc dollarda 3,9%, XBH-da 12,7%, digər valyutalarda isə 5,7% azalıb. Avro və Yaponiya yenində olan xarici dövlət borcu isə müvafiq olaraq 9,5% və 4,6% artıb.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,7%-ni təşkil edib. Ümumi dövlət borcu isə (xarici dövlət borcu və daxili dövlət borcu) 16 938,8 mln. manat və ya ÜDM-in 23,4%-ni təşkil edib. (Apa)