Serbiya Azərbaycana olan borcunu vaxtından əvvəl ödəyib.
Eləcə də bax: “Azərbaycana 207 milyon dollar ödəyəcəyik” - Serbiya Prezidenti
Bu barədə FED.az-a Maliyyə nazirliyindən bildirilib. Xatırladaq ki, 2020-ci ilin büdcəsində xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar üzrə 2,4 milyon manat proqnoza qarşı 332,5 milyon manat icra edilib.
Maliyyə Nazirliyindən bilirilib ki, artım Serbiya Respublikasına verilmiş kreditlərin vaxtından əvvəl qaytarılması ilə əlaqədardır. Belə ki, 2020-ci ildə Serbiya Respublikası Azərbaycana müraciət edərək krediti müqavilədə göstərilən müddətdən əvvəl tam qaytarmaq niyyətində olduğunu bildirib. Bununla bağlı Azərbaycan tərəfinin razılığı alınıb və bununla da dövlət büdcəsinə 330,1 milyon manat əlavə vəsait daxil olub»-deyə nazirlik bildirib.