Bu ilin sentyabrın 1-nə Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbi 14 835,5 mln. manat və ya ÜDM-in 32,3%-ni təşkil edib ki, bu da aylıq müqayisədə 0,8% və ya 121,4 mln. manat çoxdur.
Eləcə də bax: Azərbaycanda nağd pul kütləsi ilin əvvəlindən - 7% Azalıb
FED.az xəbər verir ki, AMB-nin məlumatına görə , bu göstərici ilin əvvəli ilə müqayisədə 1,3% və ya 200,9 mln. manat azdır, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,1% və ya 1 241 mln. manat çoxdur.
Qeyd edək ki, "S&P Global Ratings" agentliyinin son proqnozuna əsasən, bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbəti 22,4% səviyyəsində olacaq. Agentlik bu göstəricinin 2021-2022-ci illərdə tədricən azalacağını və müvafiq olaraq 20,5% və 19,6%, 2023-cü ildə isə dəyişməyərək 19,6% səviyyəsində qalacağını gözləyir. (Apa)