2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin funksional təsnifatının bölmələri üzrə xərc istiqamətlərinin heç biri tam icra edilməyib.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, büdcə xərcləri 37 milyard 719,7 milyon manat olmaqla və yaxud təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 %) az icra edilib.
O cümlədən, ötən il ümumi dövlət xidmətləri xərcləri proqnoza nisbətən 9,1 % az - 4 milyard 115,2 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri proqnoza nisbətən 5,1 % az - 6 milyard 563,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri proqnoza nisbətən 7,2 % az- 2 milyard 809,8 milyon manat, təhslil xəırcləri proqnoza nisbətən 3,5 % az- 4 milyard 390,1 milyon manat, səhiyyə xərcləri proqnoza nisbətən 2,1 % az - 1 milyard 827,5 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 5,3 % az - 4 milyard 151,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri proqnoza nisbətən 13,6 % az- 497,1 milyon manat, mənzil və komunnal xərcləri proqnoza nisbətən 4,1 % az - 319,5 milyon manat, kənd təsərüffatı xərcləri proqnoza nisbətən 8,4 % az - 1 milyard 102,1 milyon manat, ətraf mühitin mühyafizəsi xərcləri proqnoza nisbətən 4 % az- 361,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri proqnoza nisbətən 2 % az - 9 milyard 701,2 milyon manat, əsas bölməyə aid edilməyən xidmətlər xərci proqnoza nisbətən 9,5 % az- 1 milyard 880,4 milyon manat icra edilib.