Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən il 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.
Bank sektoru üzrə son rəqəmlər açıqlandı - 914.5 MİLYON MANAT XALİS MƏNFƏƏT
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2021-ci ilə nisbətən 20.1% çoxdur.
Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. (Apa)