Ötən ay Azərbaycanda manatla pul bazası 2,3% artaraq sentyabrın 30-na 14 499 mlrd. manat təşkil edib.
Eləcə də bax: AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən - 10%-dən Çox Artıb
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ilin əvvəlindən pul bazasının həcmi 6,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,5% artıb.
Qeyd edək ki, pul bazasının hazırkı səviyyəsi tarixi maksimum sayılır. (Apa)