“Bank Respublika” ASC 2023-cü ilin yanvar-iyun aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
Fonddan 200 min manat güzəştli kredit aldı - “BANK RESPUBLİKA” VASİTƏSİLƏ
FED.az xəbər verir ki, SİF-dən verilən məlumata görə, “Bank Respublika” 2023-cü ilin 6 ayı ərzində fondun vəsaitləri hesabına sahibkarlara 14,2 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (12,7 milyon manat), üçüncü yerdə “Rabitəbank” (6 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “AccessBank” (5,4 milyon manat) və “Expressbank” (4,3 milyon manat) da daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank SİF-in vəsaiti hesabına 20,3 milyon manat, 2022-ci ildə - 28,3 milyon manat məbləğində güzəştli kredit verib.