"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq.
Sorğunun nəticələri göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir.
Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq.
Aparılan sorğu üzə çıxarıb ki, şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. "Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələrin", - deyə sənəddə vurğulanır.