Azərbaycanda inflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır.
“Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır”-deyə məlumatda bildirilib.