Azərbaycanda iqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri barədə açıqlamasında bildirilir.
Belə ki, avqust ayınd bank sisteminin kredit portfeli 1.6%, ümumilikdə 8 ayda isə 7.4% artıb. AMB-nin açıqlamasından məlum olur ki, bu dövrdə kredit portfelinin artımı əsasən istehak və ipoteka kreditlərinin hesabına baş verib. Belə ki, istehlak kreditləri 12,9%, ipoteka kreditləri 12,2% artıb.
Yeri gəlmişkən, Mərkəzi Bank bildirir ki, bu dövrdə kredit və depozitlər üzrə nominal faizlərdə ciddi dəyişikli olmayıb. Amma ölkədə inflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasına səbəb olur.