Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan 1 manatlıq əsginasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür.
FED.az xəbər verir ki, bunu AMB-nin sədr müavini Alim Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, bu, digər nominallı əsginaslara şamil edilməyəcək: "Hələlik bu barədə müzakirələr gedir. Amma konkret tarix bəlli deyil".