Ənənəvi olaraq hər il olduğu kimi bu il də 04-11 noyabr 2023-cü il tarixlərində London şəhərində ICB/ICFM Global - Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı-Sertifikatlı Maliyyə Menecerləri İnstitutu tərəfindən Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştirakı ilə növbəti Beynəlxalq Summit uğurla başa çatdı.
FED.az xəbər verir ki, bu toplantı hər il olduğu kimi maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial toplantılardan, uğurlu mühasibat karyerası, biznesi üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları bölüşmək üçün "networking" müzakirələrdən, yarışlardan və texnologiya sərgisilərindən ibarət idi.
Tədbirdə ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri iştirak etdilər.
Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 14-cü Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirildi. Mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.
Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM korporativ üzvləri də (ölkəmizin nüfuzlu təşkilatlarının nümayəndələri) bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə «LUCA 2023" mükafatı ilə təltif olundular. Mükafatlar rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun İcraçı direktoru Garry Carter tərəfindən təqdim olundu.
“For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə)
1.Rauf Orucov- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin rəhbəri
2.Rəşad Əsgərov- SOCAR, Əmək şəraiti normalarının işlənməsi İdarəsi, Rəis müavini
"Best Financial Director" (İlin Maliyyə Direktoru)
Atif Səmədov- AZFEN BM, Maliyyə direktoru
"Best Company" (İlin şirkəti)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
"Best Financial Manager" (İlin Maliyyə Meneceri)
Rasim Həsənov- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Departamentinin rəhbəri
"Best Chief Accountant" (İlin Baş Mühasibi)
İlqar Mehrabov-Azərbaycan Tibb Universiteti, Baş mühasib
"Best Accountant" (İlin Mühasibi)
Rüfət Əkbərov- Azersun Holdinq, Baş mühasib
"Best Financier" (İlin Maliyyəçisi)
Xəyal Jəlilov- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Maliyyə Departamentinin rəhbəri
"Best Specialist in Accounting" (Mühasibatlıq üzrə İlin mütəxəssisi)
Ilham Mammadov- Baku Oxford School, Audit şöbəsinin rəhbəri
"Best Training Centre" (İlin tədris mərkəzi)
RS Consulting - APFM-in akkreditə olunmuş tədris mərkəzi
“Best Tutor” (İlin Təlimçisi)
Əfqan Səfərli-APFM təlimçisi
"Best student" (Ilin tələbəsi)
Məhəbbət Abdulrzayeva -Mont MMC, Baş mühasib, ICFM Professional Financial Manager kvalifikasiyası üzrə)
Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması, ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.