Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaq.
Eləcə də bax: Taleh Kazımov: "AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır"
Bu barədə FED.az-a Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, həmin tarixdə saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bundan əvvəl faiz dəhlizinin parametrləri ilə bağlı qərarı sentyabrın 16-da qəbul etmişdi. Həmin vaxt AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.