Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,615 mln. avro təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 43,4% azdır.
Eləcə də bax: Beynəlxalq ödəmələrdə avro irəli çıxdı
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə isə 3,8 dəfə azalıb.
2020-ci ilin yanvar-oktyabr aylarında isə ölkə əhalisi 203,741 mln. avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,2% azdır.
Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 4,465 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 11,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5,4 dəfə azdır. (Apa)