2020-ci ilin avqust ayının 1-ə olan məlumata görə Azərbaycanda bankların kredit qoyuluşu 14 204,5 milyon manat olub.
Eləcə də bax: Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin iyul ayının 1-i ilə müqayisədə 34,7 milyon manat və ya 0,24% artıb.
Həmçinin kredit qoyuluşu ilin əvvəli ilə müqayisədə 696,4 milyon manat və ya 4,67% azalıb. Son bir ildə isə 862,2 milyon manat və ya 6,46 % artıb.