Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib - FOTO
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu.
Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq",- T. Kazımov qeyd edib