Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilərin qiymətinin daxili bazarda artmasına, aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içikərə tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.
FED.az-ın verdiyi xəbərə görə. bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.
Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.
Qeyd edək ki, sözügedən artım haqda bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev öz çıxışlarının birində məlumat vermişdi.