Gələn il Azərbaycanın həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 270 milyon manat ayrılacaq.
Azər Əmiraslanov: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi və xarici fəaliyyətin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 754 milyon manat ayrılması planlaşdırılır: "Bu vəsaitin 238 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 205 milyon manatı isə Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və fəaliyyət xərclərinə yönəldiləcək". (Report)