Türkiyə Bankı "Yapı Kredi", Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə zəlzələ zonası üçün 108 milyon dollara qədər kredit müqaviləsi imzalayıb.
Yapı Kredi xaricdə istiqraz buraxmaq - QƏRARINA GƏLİB
FED.az "Yapı Kredi"dən verilən açıqlamaya istinadən xəbər verir ki, bu resurs ilə "Yapı Kredi" 6 fevral zəlzələlərindən zərər çəkmiş bölgələrin inkişafına dəstək verməyə davam edəcək.
Açıqlamada fikirləri yer alan "Yapı Kredi" Baş İcraçı Direktoru (CEO) Gökhan Erün, Yapı Kredi olaraq bütün şərtlər altında ölkə və cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməyə davam etdiklərini bildirib.
Erün, “Bölgənin inkişafı üçün atdığımız addımlara əlavə olaraq, AYİB ilə imzaladığımız kredit müqaviləsi ilə cəlb etdiyimiz 108 milyon dollara qədər qaynaqla fəlakət bölgəsinə güclü dəstək verməyə davam edəcəyik. Qarşıdakı dövrdə bölgəni ehtiyaclara uyğun formalaşdırmaqla dəstəkləməyə davam edəcəyik",- bildirib. (Marja)