Avropa Mərkəzi Bankı (AMB, ECB) bank böhranına görə diqqətlə izlənilən faiz qərarını açıqlayıb.
Azərbaycanlılar Avropaya işləməyə - Hansı Şərtlərlə Gedirlər?
FED.az xəbər verir ki, Bank faizlərini 0,50 faiz bəndi artıraraq illik 3%-dən 3,5%-ə qaldırıb. Bazarlarda da faizlərin 0,50 bənd artırılacağı gözlənilirdi. Bununla belə, Credit Suisse böhranı səbəbindən bəzi bazar aktyorları bankın ehtiyatlı şəkildə faizlərini 0,25 bənd artıracağını proqnozlaşdırırdılar.
"İdarəçilər Şurası ECB-nin üç əsas faiz dərəcəsini 0,50 baza bəndi artırmağa qərar verib”, - AMB-nin məlumatında deyilir.
Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın uzun müddət çox yüksək səviyyələrdə qalacağı proqnozlaşdırılır. Bildirilib ki, qeyri-müəyyənlik məlumatlara əsaslanan yanaşma tələb edir.
Mətndə ECB-nin qiymət sabitliyi və maliyyə sabitliyi üçün addımlar atmağa hazır olduğu bildirilib. ECB-nin gələcək faiz addımları ilə bağlı heç bir mesajverməyib.
Credit Suisse böhranı tənəzzül narahatlıqlarını artırır
Qlobal maliyyə sisteminin mühüm banklarından biri olan Credit Suisse Group AG-yə artan inam problemi bankların kreditlərin verilməsini dayandırması nəticəsində iqtisadiyyatları tənəzzülə sürükləyə biləcək kredit böhranı riskini də artırıb.
Bir həftə ərzində 3 ABŞ bankının bağlanmasından sonra bu böhran qlobal iqtisadi baxışın yenidən formalaşmasına dair gözləntilərə səbəb olur. Ortaya çıxan ən böyük risk, bankların iqtisadiyyatların artmasını dəstəkləmək üçün kredit verməkdənsə, öz maliyyə vəziyyətlərinə diqqət yetirmələri ehtimalıdır.