Avropanın ortaq valyutası dollar qarşısında 0,8 faiz də bahalaşaraq 1,0926 olub (1 avro = 1,0926 dollar).
Dollar valyuta birjalarında ucuzlaşmaqda davam edir - InvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, ABŞ-da faiz dərəcələrinin pik həddə yaxınlaşması və bank sektoru ilə bağlı gərginliyin azalacağı gözləntiləri ilə dollar bir çox valyuta qarşısında ucuzlaşıb.
Almaniyada təbii qaz xərclərinin azalması ilə inflyasiya yavaşlasa da, gözləntiləri üstələyib. Bu vəziyyət Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirib. (Marja)