Amerikada yaşanan bank böhranları sonrası FED-in faiz artımlarını davam etdirməsi ehtimallarının öz yerini faiz endirimlərinə dair ehtimallara verəcəyinə dair proqnozların artması fonunda dollar valyuta birjalarında ucuzlaşmaqda davam edir.
Bank böhranı dərinləşərsə, analitiklər FED-in il sonuna qədər uçot dərəcələrini 100 baza bəndi azalda biləcəyini proqnozlaşdırırlar.
Təhlillərə əsasən Dollar İndeksi (DXY) 103.50 bənddəki psoxiloji müqavimət həddinin altında qaldığı müddətdə, ucuzlaşmaqda davam edə bilər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikada açıqlanacaq ÜDM və ÜDM-də Qiymət İndeksi kimi önəmli iqtisadi göstəricilər DXY-da tendensiyanın gedişatına ciddi təsir edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.