Almaniyada inflyasiyanın sürətlənməsi ilə bağlı məlumatların açıqlanmasından sonra avro dollar qarşısında ucuzlaşıb.
Putinin çıxışından sonra Rusiyada - DOLLAR VƏ AVRO UCUZLAŞIB
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.54-ə olan məlumata görə, avronun dollara qarşı məzənnəsi son bağlanış səviyyəsindən - 1,0646 dollardan 1,0627 dollara düşüb.
İnflyasiya məlumatları açıqlanmazdan əvvəl əks vəziyyət müşahidə edilirdi - məsələn, səhər saatlarında Avropanın ortaq valyutası Amerika valyutasına qarşı 1.066-ya qədər möhkəmlənmişdi.
Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutlarından ibarət səbətə nisbətdə məzənnə) 0,09% artaraq 104,27 bənd təşkil edib.
Yanvar ayında Almaniyada illik inflyasiya, keçən ilki 8,6%-dən 8,7%-ə qədər sürətlənib. (Marja)