Xəbər verildiyi kimi, 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Dövlət büdcəsi bu mənbələr hesabına artırılır – SİYAHI
FED.az Maliyyə Nazirliynə istinadən xəbər verir ki, dəyişikliyə əsasən büdcənin xərcləri 3 milyard 212 milyon manat və ya 9,6% artırılaraq ilin əvvəlində təsdiqlənmiş 33 milyard 353 milyon manatdan 36 milyard 569 milyon manata qaldırılacaq.
Bu dəyişilik nəticəsində cari xərclər cəmi 682 milyon manat və ya 3% artırılaraq 22 milyon 039 milyon manata yüksələcək.
Əsaslı xərclər, yəni investisiya xərcləri isə 3 milyard 720 milyon manat və ya 38,6% artaraq 13 milyard 347 milyon manat yüksələcək.
Dövlət borcuna xidmətlə bağlı xərclər isə 177 milyon manat və ya 17% artaqaq 1182 milyon manata çatacaq.
Bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
- Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 260,0 milyon manat. Artımdan sonra bu xərc 5 260,0 milyon manat məbləğində olacaqdır;
-ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2070,0 milyon manat təşkil edəcəkdir.
Digər zəruri xərclər 973,4 milyon manat, o cümlədən:
- iqtisadi dəstək və digər iqtisadi fəaliyyət (Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı və digər tədbirlər üzrə) 347,5 milyon manat;
--dövlət borcuna xidmətlə bağlı xərclər 177,5 milyon manat;
--dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri 128,0 milyon manat;
--beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər (xaricdəki diplomatik və digər nümayəndəliklərdə əməyin ödənişi sistemində aparılan islahatla bağlı xərclər, beynəlxalq yardım və s.) 139,6 milyon manat;
--dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması 79,0 milyon manat;
--bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı 101,8 milyon manat.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin yerli gəlir və xərcləri 7,7 milyon manat və ya 1,0 faiz artırılaraq müvafiq olaraq 764,7 milyon manat və 777,0 milyon manat məbləğində, yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımı isə (12,3 milyon manat) təsdiq olunmuş səviyyədə nəzərdə tutulur.