Xəbər verildiyi kimi, Azərbaycanın 2023-ü il üzrə dövlət büdcəsinə dəyişiklik layihəsi açıqlanıb.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı məumata görə, büdcənin ümumi gəlirləri 3 milyard manat artırılaraq 30,8 milyard manatdan 33,8 milyard manata qaldırılır.
Daha dəqiqi, qenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür.
2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə
neft sektoru üzrə gəlirlər 1 442,7 milyon manat və ya 8,9 faiz artırılır.
qeyri-neft sektoru üzrə isə gəlirlər 1 562,8 milyon manat və ya 10,8 faiz artırılır.
Bu dəyişiklikdən sonra dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.
Dövlət büdcəsi gəlirlərinin 14 932 milyon manatı və ya 44,2 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 728,0 milyon manatı və ya 17,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 737,7 milyon manatı və ya 34,7 faizi Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və ya 1,7 faizi sair gəlirlərin payına düşür.
Dəyişiklik nəticəsində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği ilin əvvəlində təsdiqlənmiş büdcə ilə müqayisədə 1 530,0 milyon manat və ya 11,4 faiz artırılır.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 6 002,0 milyon manatı və ya 40,2 faizi neft sektorunun, 8 930,0 milyon manatı və ya 59,8 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.
Beləliklə, büdcəyə yenidən baxılması nəticəsində Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8930,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 545,0 milyon manat və ya 6,5 faiz çoxdur.
Vergi Xidmətinin neft sektoru üzrə daxil olmaları isə 985 milyon manat artırılır.
Yenidən baxılmış 2023-cü il üzrə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar ilkin proqnoza nisbətən 74,5 milyon manat və ya 10,3 faiz artırılaraq 801,0 milyon manat, dövlət büdcəsinin digər daxilolmaları 18,6 milyon manat və ya 3,3 faiz artırılaraq 580,8 milyon manat (Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə yenidən baxılmış daxilolmalar 5,0 milyon manat artırılaraq 25,0 milyon manat müəyyən edilmişdir) səviyyəsində proqnozlaşdırılır.