Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə FED.az-a ARDNF-dən bildirilir.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayı ərzində 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə yanvarda ARDNF-in valyuta satışları son bir ayda 267,1 mln. dollar və ya 2.8 dəfə çox artıb.