2020-ci il dekabrın 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlakın alınmasına ümumi investisiyaları $2 milyard 787 milyon 426,081 min məbləğində qiymətləndirilir.
Eləcə də bax: Neft Fondu ötən ili 3 mlrd. manatlıq defisitlə - Başa Vurub
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin sonuna ARDNF-nin xaricdə daşınmaz əmlakın alınmasına investisiyaları, cari hesablarda vəsait daxil olmaqla, $2 milyard 708 milyon 719,917 min məbləğində qiymətləndirilib. Beləliklə, 2020-ci il ərzində Fondun xaricdə daşınmaz əmlaka ümumi səramyələri 2,9% artıb.
İnvestisiya qoyuluşlarının strukturunda $719 milyon 734,733 min və ya 26% birbaşa investisiyaların, $446 milyon 302,176 min və ya 16% - birgə investisiyaların, $1 milyard 621 milyon 389,173 min və ya 58% daşınmaz əmlak fondları vasitəsilə investisiyaların payına düşüb.
Palatanın məlumatına görə, 2020-ci il ərzində ARDNF-in xaricdə daşınmaz əmlakın alınmasına ümumi investisiya qoyuluşları $24 milyon 786,766 min təşkil edib (2019-cu ildə - $406 milyon 598,1 min).
2020-ci ildə ARDNF-in daşınmaz əmlaka investisiya qouluşları üzrə gəlirliliyi məzənnə fərqi nəzərə alınmadan 1,55%, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalar üzrə gəlirlilik mənfi 7,71%, daşınmaz əmlak fondları vasitəsilə investisiya qoyuluşları üzrə gəlirlilik müsbət 2,22%, birgə investisiyalar üzrə gəlirlilik mənfi 2,69% təşkil edib.
“Ötən illə müqayisədə gəlirliliyin azalmasının əsas səbəblərindən biri COVİD-19 pandemiyası olub və bu səbəbdən daşınmaz əmlak fondları və ya birgə müəssisələr vasitəsilə həyata keçirilən investisiyaların maya dəyərinin azalması olub. Bundan başqa, daşınmaz əmlakın olduğu ölkələrdə iqtisadi artım templərinin azalması, lokdaunlar və digər səbəblər icarə müqaviləsi əsasında çalışan bir sıra müəssisələrin icarə haqqlarının ödənilməsində problemlər yaradıb, bu da daşınmaz əmlaka investisiyaların gəlirliliyinin azalmasına gətirib”, - Palatadan qeyd ediblər.
Palatada hesab edirlər ki, 2019-cu illə müqayisədə daşınmaz əmlaka investisiyalar üzrə gəlirliliyin, xüsusilə birbaşa investisiyalardan gəlirliliyin aşağı səviyyədə olmasını nəzərə alaraq, ARDNF qarşısında icarəyə Vermək və bir sıra potensial risk parametrləri nəzərə alınarq həmin investisiyaların idarə olunmasının optimallaşdırılmasına tələb artıb.
Fond 2012-ci ildən başlayaraq London, Moskva, Paris, Milan, Seul və Tokioda daşınmaz əmlakın alınmasına, eləcə də PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital və Blackrock Fund Managers Limited tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya qoyub.
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital və Gaw Capital Partners fondları ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. (İnterfaks)